26 sentyabr 2020 20:37
853

Regionlarda ictimai nəqliyyatda təmassız ödəniş

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Şamaxıda reallaşdırdığı sərnişin daşımalarında nağdsız ödəniş üzrə pilot layihə müvafiq orqanlar tərəfindən təsdiqlənərsə, bu, digər regionlarda da tətbiq oluna bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, bu sahədə dəyişikliklər yalnız müsbət istiqamətdə baş verir. Təmassız texnologiyanı dəstəkləyən əməkhaqqı, pensiya, bank kartları olan sərnişinlər bu sistemdən rahat istifadə edə biləcəklər. Kartı olmayan şəxslər "Azərtürkbank" tərəfindən "prepaid" kartlar əldə edərək bu xidmətdən istifadə edəcək. Elektron ödəmələrə keçid mərhələli şəkildə baş verəcək.

Müraciət olunacağı təqdirdə Məlumat Hesablama Mərkəzi bu sistemi bütün ölkə ərazisində tətbiq edə bilər. Sistem ictimai nəqliyyat üzrə ödəniş siseminə inteqrasiya oluna bilər.