13 yanvar 2020 11:45
717

Rəngini dəyişdi, “qiyamət qopdu” - FOTO

Küveytli makyaj sənətkarı Ghadeer Sultan dərisinin rəngini dəyişdirən makyajı ilə “Instagram” istifadəçilərinin narazılığı ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri sənətkarı irqçilikdə ittiham ediblər.

Özünü müdafiə edən G.Sultan bildirib ki, irqçi deyil, sadəcə nələri bacardığını nümayiş etdirmək istəyib: “İrqçilikdən nifrət edirəm. İrqçi deyiləm, sadəcə bacarığımı nümayiş etdirmək istəyirdim”.