11 avqust 2020 14:52
959

Rəsmi Ankaradan Ermənistana mesaj: Ağıllı ol!

Türkiyənin Xarici İşlər Nazirliyi Sevr müqaviləsinin 100 illiyi bəhanəsi ilə Ermənistan hakimiyyətinin verdiyi açıqlamalara cavab olaraq bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, bəyanatda qeyd edelir: “I Dünya Müharibəsinin sonunda vətənimizi məhv etməklə müstəqilliyimizi və suverenliyimizi sonlandırmağı hədəfləyən Sevr müqaviləsi, işğal və məhv planlarının həyasızlıqla ortaya qoyulduğu ibrət vəsiqəsidir”.

Türk xalqının qəhrəmanlıqla mübarizə apardığı qurtuluş savaşından sonra – 24 iyul 1923-ci ildə imzalanan Lozan sülh müqaviləsi ilə Sevr müqaviləsini çırıb “tarixin zibillityinə” atdığı qeyd edilən bəyanatda əlavə edilir ki, bir əsrin keçməsinə baxmayaraq, tarixdən dərs almaq əvəzinə düşmənçilik edənlərin bu sənəddən faydalanmağa ümid etmələri təəccüblü deyil.

“Bu gün öz xalqını dolandırmaq iqtidarında olmayan bir hökumətin 100 il sonra türk millətinin cırıb atdığı “Sevr”i gündəmə gətirməyə cəsarət etməsi absurddur. Məkrli əməllərə aludə olanlar Türkiyənin birlik və bölünməzliyinin davam etdirilməsində qərarlılığının qarşısında həvəslərinin qursaqlarında qalacağına əmin olmalıdırlar. İllərdir Azərbaycan ərazisində qanunsuz işğalı davam etdirən Ermənistan regional sülh və sabitliyin bərqərar olmasına əngəldir. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkməsinin və ağıllı olmasının vaxtı çatıb".