08 oktyabr 2019 12:18
105

Respublika elmi konfransı keçirilib

BDU-nun və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfrans keçirilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin daim elmə, təhsilə xüsusi önəm verdiyini bildirib. Rektor BDU-nun Tarix fakültəsinin yaranma tarixi və inkişaf mərhələlərindən danışıb.

Konfransda iştirak üçün respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən 142 tezis daxil olub. Onlardan 34 tezis seçilib.

Tədbirdə çıxış edən BDU-nun Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov fakültənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru, siyasi elmlər doktoru müavini Elçin Əhmədov, DİA-nın dosenti Firdovsiyə Əhmədova və digər çıxış edənlər BDU-nun elm və təhsilimizin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər.

Sonra bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.