27 iyul 2020 11:24
412

Respublika Süni Mayalanma Mərkəzinin rəhbərliyi fermerlərlə görüşüb

Ölkəmizdə heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili  üçün Respublika Süni Mayalanma Mərkəzinin rəhbərliyi Qəbələ və Hacıqabul rayonlarında iri təsərrufat sahibləri ilə görüş keçiriblər.

"İki sahil" xəbər verir ki, görüşün  əsas məqsədi əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdıırlması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsidir.

Respublika Suni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki,  süni mayalanma yüksək məhsuldarlıq göstəricilərinə malik olan qiymətli heyvan genofondlarının qorunması məqsədi ilə çoxdan tələf olmuş qiymətli törədici buğaların və hazırda yaşayan törədicilərin spermasından istifadə edərək, yeni məhsuldar nəsil alınmasma və istənilən mövsümdə heyvanların mayalandırılmasına şərait yaradır. Beləki, süni mayalandırılmanın tətbiqi nəticəsində nəinki məhsuldar cinslərin artırılması, hətta cinsdaxili rekord göstəricilərə malik olan erkək və dişi heyvanlardan seleksiya məqsədi ilə daha geniş istifadə etməyə imkan yaradır.

Görüşdə bu sahədə digər tədbirlərin təşkili üçün müvafiq işlərin görülməsi mövzusunda müzakirələr aparılıb, yeni təkliflər qeydə alınıb.