18 oktyabr 2019 16:58
1040

Riberi FIFA20-də özünü görüb təəccübləndi: "Bu adam kimdir?" - FOTO

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi uşaqları ilə "PlayStation" oynayarkən təəccüblü halla rastlaşıb.

Milli.Az xəbər verir ki, ulduz futbolçu satış rekordları qıran FIFA20-də özünə bənzəmədiyini görəndə şoka düşüb.

Sosial şəbəkə hesabında həmin fotonu paylaşan 35 yaşlı futbolçu bu sözləri qeyd edib: "Salam EA Sports. Bu adam kimdir?"

"eFootball PES" sosial şəbəkədə diqqətçəkən paylaşım etməklə ən böyük rəqibi FIFA-ya atmaca atıb: "Hey, Frank! Bu adamı tanıyırsan?"