13 mart 2020 10:14
2251

Rihanna bədənini nümayiş etdirdi - FOTO

Dünyaca məşhur müğənni Rihanna alt paltarı brendi "Savage x Fenty"nin yeni kolleksiyası üçün fotosessiya etdirib.

"İki sahil" xəbər verir ki, öz brendinin yeni geyimləri üçün ifaçı ilə yanaşı bir neçə model də kamera qarşısına keçib.

Qeyd edək ki, Rihanna bu dəfə dizayn etdiyi geyimləri bütün növ bədən ölçüləri üçün nəzərdə tutub. Barbadoslu müğənni Rihanna ''Fenty Beauty'' adlı kosmetik markasını yaratdıqdan sonra milyon dollardan çox gəlir əldə edib. Rihanna firmanın çıxardığı yeni alt paltarlarını nümayiş etdirmək üçün kameralar qarşısına məhz özü keçib. Müğənninin çəkdirdiyi fotolar pərəstişkarları tərəfindən bəyənilib.