21 aprel 2019 21:22
500

Riqa ətrafındakı meşələrdə yanğınlar başlayıb

Riqa ətrafındakı meşələrdə iri yanğınlar başlayıb.

AZƏRTAC xəbər verir ki, 8 hektarlıq ərazidə quru otun alışmasından yaranan yanğın yaxınlıqdakı meşəyə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının genişlənərək Riqaya yaxınlaşması ciddi təhlükə yaradır.