20 yanvar 2021 01:26
648

"Rizespor"un yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Superliqa təmsilçisi "Rizespor"un yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" xəbər verir ki, bu vəzifəyə Marius Sumudika təyin olunub. Rumıniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Styepan Toması əvəzləyib. Qeyd edək ki, "Rizespor" ölkə çempionatında 19 turdan sonra 21 xalla 16-cı pillədə qərarlaşıb. Xatırladaq ki, M.Sumudikanın son klubu "Qaziantep" olub.