29 iyun 2020 11:36
578

Robben futbola qayıdır ?

Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

"İki sahil" xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb. Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan "Qroningen"də çıxış edəcəyini açıqlayıb: "Futbolçu kimi "Qroningen"ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma "Qroningen"də oynamaq xəyalımdır."

Qeyd edək ki, "Qroningen"in yetirməsi olan Aryen Robben 2000-2002-ci illərdə bu klubun əsas komandasında çıxış edib. O, 10 il formasını geyindiyi "Bavariya" klubunun heyətində olarkən ötən ilin yayında futboldan gedib.