06 fevral 2019 16:39
303

Robert Prosineçki: "AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq"

“Azərbaycan millisinə namizədlərdən biriyəm. Bununla bağlı AFFA ilə ciddi danışığımız oldu”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu index.hr saytına Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi Nikola Yurçeviç deyib. 53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, məsələyə yaxın vaxtda aydınlıq gələcək: “Söhbət zamanı məndə belə təəssürat yarandı ki, komandanın məqsədi daha da irəli getməkdir. Onların ambisyaları var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də N.Yurçeviçin namizədliyinə münasibət bildirib. O, Xorvatiya millisində komanda yoldaşı olduğu məşqçi barədə müsbət fikir səsləndirib: “Bunu dərindən şərh etmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq. Hər şeyin yaxşı olmasını istəyirəm”.