07 avqust 2019 17:37
288

Roberto Bordin: Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir

"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Onlar yaxşı müdafiə olunur".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsrailin "Bney Yahuda" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, rəqib son oyunda "Makkabi"yə qarşı 9-10 nəfərlə müdafiə olunub. Topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi ustalığı olan futboluçuları çoxdur. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.