22 yanvar 2020 12:09
1407

Rodrigo Alves indi Jessicadır - FOTO

Rodrigo Alves cinsiyyətini dəyişdirdi

“İki sahil” xəbər verir ki, Rodrigo Alves artıq 70-ə yaxın plastik əməliyyatdan sonra qadındır. Adını dəyişdirdi, indi Jessicadır. Rodrigo Alves “Barbie”nin sevgilisi “Ken”ə bənzəmək üçün dodaqlarından burnunun botoks etdirməklə qarın əzələsindən saç nəqlinə kimi, çənə əməliyyatına qədər 70-ə yaxın əməliyyat keçirmişdi.

Keçən həftə İstanbulda sonra Kapadokyada olan Alves qadın olmağı seçdi və “Ken bebek” olmaq istəmədi. Cinsiyyət dəyişməsi əməliyyatı keçən və “Jessica” adını almış Alvesin cinsiyyət dəyişdirmə əməliyyatını İstanbulda etdirdiyi iddia edilir.

“Mən Ken kimi tanınırdım, amma həmişə özümü “Barbie” kimi hiss edirdim” deyən Jessica indi də sarışın uzun saçları və yüksək topuqlu ayaqqabıları ilə gündəmdədir.

Yeni həyata başlayan 36 yaşlı sosial media ulduzu Alves keçmişə aid paylaşımlarını sosial media hesabından silib.