11 iyun 2019 21:04
209

“Roma” klubunu “Şaxtyor”un sabiq baş məşqçisi çalışdıracaq

İtaliyanın “Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisinin sabiq çalışdırıcısı Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra bu vəzifəyə Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi 46 yaşlı Paulo Fonseka təyin edilib. İtaliya klubunun rəhbərliyi mozambikli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. P.Fonsekanın yeni klubunda illik məvacibi 2,5 milyon avro olacaq.

“Roma”nın Donetsk təmsilçisinə isə 2 milyon avro təzminat ödəyəcəyi bildirilib.

P.Fonseka 2016-cı ildən indiyədək “Şaxtyor”u çalışdırıb. Donetsk klubu bu müddətdə üç dəfə Ukrayna çempionatının və ölkə kubokunun qalibi olub.