01 iyul 2020 13:24
461

Roma Papası KİV-in missiyasının vacibliyindən danışdı

Pandemiyanın son ayları KİV-lərin missiyasının nə qədər vacib olduğunu nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Roma Papası Fransisk Katolik Mətbuat Assosiasiyasının üzvlərinə müraciətində bildirib.

“Son ayların təcrübəsi insanların həmrəyliyi hiss etmələrinə şərait yarmaq üçün vacib olan bütün mətləbdən xəbər verərək, düşüncələri və qəlbləri həqiqətə açan KİV-lərin missiyasının nə qədər mühüm olduğunu göstərdi”, - deyə pontifik yazıb.

Fransisk son aylar öz çıxışlarında müxtəlif peşələrin nümayəndələrini, ilk növbədə isə koronavirusun yayılması ilə mübarizənin ön sıralarında dayanan tibb işçilərini mütəmadi olaraq yada salıb.