22 yanvar 2021 20:29
903

"Roma"ya texniki məğlubiyyət verildi

İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.

"İki sahil" xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib. Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib. Qeyd edək ki, "Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb.