"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
“İki sahil” xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna ÇL-in 5-ci turunda "Dinamo" ilə matçda (3:0) fərqlənərək nail olub. Bununla, portuqaliyalı hücumçu ÇL-in ev matçlarında vurduğu qolların sayını 71-ə çatdırıb və bu göstəricidə "Barselona"nın kapitanı Lionel Messini (70 qol ) geridə qoyub.
Qeyd edək ki, 35 yaşlı hücumçu eyni zamanda karyerasının 750-ci qolunu vurub.