05 fevral 2019 19:45
291

“Rosneft”in keçənilki gəliri artıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” ötən il gəlirini artırıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft”in keçənilki gəliri əvvəlki illə müqayisədə 37 faiz artaraq 8,2 trilyon rubla (təxminən 133,7 milyard dollar) çatıb.

Şirkətin ötən ildəki xalis mənfəəti isə 2017-ci ilə görə 150 faiz artaraq 549 milyard rubl (təxminən 8,4 milyard dorlar) olub.

“Rosneft”in idarə heyətinin sədri İqor Seçin deyib: “Qlobal miqyasda neftin qiymətində baş verən müsbət inkişaflar nəticəsində 2018-ci ildə şirkətin borcu 14 milyard dollar azalıb”.