11 avqust 2020 18:59
826

Rumıniyada koronavirusa yoluxanların sayı artır

Rumıniyada koronavirusa yoluxanların sayı 63 min 762 nəfərə çatıb və artmaqda davam edir. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 1215 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2764 nəfərdir. 30 min 585 nəfər sağalıb.

Qeyd edək ki, vəziyyətin kəskinləşdiyinə görə Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə çağırır.