09 dekabr 2019 19:47
664

Rusiya arasında əlaqələrin inkişafı bütün sahələrdə özünü büruzə verir

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 9-da jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında mühüm məsələlər müzakirə olunub: “Bu, qarşılıqlı iqtisadi əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm bir görüşdür. Azərbaycanla Rusiya arasında əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli səfəri bu münasibətlərin dərinləşməsinin əyani göstəricisidir”.