06 sentyabr 2019 18:00
138

Rusiya Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) bu ilin yekununda ölkədə inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu azaldıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurum 2019-cu ildə qiymət artımının 4-4,5% təşkil edəcəyini proqnozlaşdırır. Bundan əvvəl proqnoz 4,2-4,7% idi.

İnflyasiya proqnozuna düzəliş uçot dərəcəsinin azaldılması fonunda edilib.