20 may 2019 14:37
663

Rusiya bazasına 6 raket zərbəsi... –  MN-dən açıqlama

Rusiyanın Suriyadakı hərbi hissəsinə 6 raket zərbəsi endirilib.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Açıqlamada Suriyadakı Hmeymim hərbi bazasına hücum edildiyi bildirilir. Qeyd olunur ki, Əl-Nusra terror təşkilatı tərəfindən hərbi bazaya 6 dəfə raket atılıb. Hücumun qarşısının alındığı, raketlərin havada zərərsiləşdirildiyi bəyan edilib.