20 yanvar 2021 20:34
588

Rusiya Təhlükəsizlik Şurası: Qarabağda müharibənin başa çatması əməkdaşlıq üçün yeni imkanlar açır

Nəqliyyat kommunikasiyalarının bərpası Rusiya, İran, Türkiyə və Gürcüstan üçün də tranziti təmin edəcək

 

Nəqliyyat kommunikasiyalarının bərpası Rusiya, İran, Türkiyə və Gürcüstan üçün beynəlxalq tranzitin inkişafına xidmət edəcək.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya qazeta” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, müharibənin başa çatması Azərbaycan və  Ermənistan xalqları arasında dinc həyat, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün yeni imkanlar açır. “Belə bir yanaşma artıq görülməkdədir"- deyən Nurqalıyev iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı qərarları xatırladıb.

“Prioritet olaraq, Azərbaycan və Ermənistanın maraqlarına uyğun olaraq yük daşıma üçün dəmir yolu və avtomobil kommunikasiyalarının bərpası nəzərdə tutulub. Beynəlxalq tranziti inkişaf etdirmək üçün bu kommunikasiyadan qonşu ölkələr - Rusiya, İran, Türkiyə, Gürcüstan da istifadə edə biləcəklər”- deyə Nurqalıyev bildirib. O, qeyd edib ki, bu əsasda Qarabağda çoxdan bəri davam edən münaqişənin hərtərəfli həlli üçün fundamental ilkin şərtlər yaranır: “Qalır təkcə bunları birlikdə həyata keçirmək”.