27 yanvar 2021 10:20
468

Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək rus hərbçilər atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar”.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

“Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər. Rusiya və Türkiyə tərəflərinin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, - deyə açıqlamada vurğulanıb.