19 mart 2020 17:25
781

Rusiya üçün ən pis ssenari açıqlandı: 18 il sonra İLK

OPEC və OPEC+ ölkələrinin toplantısında əlavə istehsalın dayandırılması qərarının verilməməsi qlobal bazarda risk yaradarkən Çində ortaya çıxan koronavirus dünya miqyasında xam neft tələbini azaltmağa davam edir.

Koronavirus epidemiyası və görülən tədbirlərin səbəb olduğu beynəlxalq durğunluq təşvişi ilə ucuzlaşmağa davam edən xam neft qiymətləri son 17 ilin ən aşağı səviyyəsini gördü.

Publika.az xəbər verir ki, Rusiyanın dövlət bankı “Sberbank” ən pis ssenaridə xam neftin barel qiymətinin 20 dollara qədər ucuzlaşacağını və 100 rublun 1 dollara bərabər olacağını proqnozlaşdırır.

“West Texas Intermediate” (WTI) də aprel ayında təhvil veriləcək neftin barel qiymətini 26 dollar təyin edib. Beynəlxalq bençmark “Brent” markalı neftə 28 dollar qiymət qoyub. Son təxminlərə görə, xam neft 20 dollara qədər ucuzlaşa bilər.