28 fevral 2020 20:41
1939

Rusiya və Türkiyə Suriya məsələsində razılığa gələcəklər

Rusiya və Türkiyə Suriyada hərbi qarşıdurmaya getməyəcəklər və bu məsələdə öz aralarında razılığa gələcəklər.

Bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski jurnalistlərə bildirib.

O, əminliklə deyib ki, Suriyada Türkiyə ilə Rusiya arasında hərbi qarşıdurmanın baş verməsi mümkün deyil. Bunu hər iki tərəfdən olan hərbi komandirlər də yaxşı anlayırlar. //AZƏRTAC