Rusiyada koronavirusa yoluxanların sayı 1,43 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 319 nəfər virusa yoluxub, 269 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 431 635 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 635 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 085 608 nəfər virusdan sağalıb, 321 392 nəfərin müalicəsi isə davam edir.