06 fevral 2019 12:38
205

Rusiyada axtarışda olan Bakıda tutuldu

Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.