29 yanvar 2019 10:42
174

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

"İki sahil"in “Report”a istinadən verdiyi məlumata görə, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.