29 iyul 2020 13:11
331

Rusiyada bir gündə 5475 nəfər koronavirusa yoluxub

Ötən gün Rusiyada 5 min 475 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Gün ərzində 169 xəstə vəfat edib, 8116 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada (671) qeydə alınıb.

Rusiyada bütün dövr ərzində koronavirus infeksiyasına yoluxanların ümumi sayı 828 min 990 nəfərə çatıb, sağalanların sayı 620 min 333 nəfərdir, 13 min 673 pasiyent vəfat edib.

Hazırda ölkədə 260 min 621 xəstə müalicə olunur.

Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur. //AZƏRTAC