06 iyun 2020 14:50
870

Rusiyada daha 8 min 850 nəfər virusa yoluxub

Ötən gün Rusiyada 8 min 850 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, gün ərzində 197 xəstə həyatını itirib, 8708 nəfər sağalaraq evə buraxılıb. Yoluxanların 1992 nəfəri Moskva sakinidir. Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 458 min 689 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 221 min 338 xəstə sağalıb, 5725 xəstə vəfat edib.