28 yanvar 2020 20:19
1326

Rusiyada deputat və həyat yoldaşı qətlə yetirilib

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evdə meyitləri tapılıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, onların meyitlərinə ilkin baxış zamanı çoxsaylı xəsarət izləri aşkar edilib. Deputat və xanımının qarət məqsədilə qətlə yetirildiyi bildirilir. Hazırda faktla əlaqədar araşdırma aparılır.