30 oktyabr 2020 11:32
1327

Rusiyada güclü vulkan püskürməsi olub

Rusiyanın Kamçatka yarımadasında güclü vulkan püskürməsi baş verib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Karımski vulkanı püskürmə nəticəsində 6 kilometr hündürlüyədək kül sovurub.

Qeyd olunur ki, kül buludu vulkandan 24 kilometr məsafəyədək yayılıb. Hazırda vulkanın davam edən aktivliyinin aşağıdan uçan təyyarələr üçün təhlükə törədə biləcəyi deyilir.