06 sentyabr 2019 13:04
120

Rusiyada iki qırıcı havada toqquşdu

Rusiyanın Lipetsk vilayətində təlim uçuşu zamanı iki Su-34 qırıcı-bombarmançısı toqquşub.

Trend-in məlumatına görə, qəzaya təyyarələr arasında vizual əlaqənin itməsi səbəb olub.

Hər iki təyyarəyə ciddi ziyan dəysə də, yerə eniş edə bilib.

İnsident nəticəsində pilotların xəsarət almadığı deyilir.