04 dekabr 2020 12:28
557

Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötdü

Rusiyada son sutka ərzində koronavirusa 27 403 yeni yoluxma qeydə alınıb.

"İki sahil" “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 402 949 nəfərə çatıb.

Rusiyada son sutkada 569 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 42 176 nəfərdir. İndiyədək 1 888 752 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.