26 iyun 2020 13:32
495

Rusiyada koronavirusdan ölənlərin sayı 8 988 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 620 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 800 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 620 794 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 988 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 384 152 nəfər virusdan sağalıb, 227 861 nəfərin müalicəsi isə davam edir.