03 fevral 2019 15:43
670

Rusiyada uşaqların olduğu avtobus aşıb - 7 ölü

Bu gün səhər saatlarında Kaluqa vilayətində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. 

Azvision.az TASS-a istinadən xəbər verir ki, həlak olanlardan 4-ü uşaqdır. Ölü sayının artacağı istisna edilmir.

***
(13:20)

Rusiyanın Kaluqa vilayətində uşaqları daşıyan avtobus aşıb. 

Hadisə Kaluqa-Vyazma yolunda baş verib. Qəza nəticəsinə 20 uşaq xəsarət alıb, bir nəfərin öldüyü bildirilir. 

Məlumata görə, qəzaya uğrayan avtobusda 48 sərnişin olub. Onlardan 33-ü idman yarışına gedən uşaqlardır.