25 iyul 2020 12:42
393

Rusiyada virusa yoluxanların sayı 806 720 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5 871 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 806 720 nəfərə çatıb. Son sutka ərzində 146 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə isə, koronavirusdan ölənlərin sayı 13 192 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 597 140 nəfər təşkil edib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.