28 iyul 2020 11:52
224

Rusiyada yoluxma sayı 823 515 nəfərə çatdı

Rusiyada son sutka ərzində daha 5 395 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 823 515 nəfərə çatıb.

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 504 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 612 217 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.