05 avqust 2020 11:56
854

Rusiyada yoluxma sayı 866 627 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5 204 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 866 627 nəfərə çatıb.

Son sutka ərzində 139 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 490 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 669 026 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.