10 iyul 2019 13:07
1499

Rusiyanın Baş Qərargah rəisi Azərbaycana gəlib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər zamanı V.Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Todd Volters ilə görüşəcək. 

Həmçinin, rusiyalı generalın Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı planlaşdırılır.