14 yanvar 2020 15:25
488

Sabah Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər yekunlaşır

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 15-də bitir. 

Bu barədə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunur.

Seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də yanvarın 15-də yekunlaşır.

Xatırladaq ki, bu prosesə 2019-cu ilin dekabrın 26-dan start verilmişdi.

Eyni zamanda, yanvarın 15-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi də yekunlaşır.

Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi mərhələsi də sabah bitir.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. //secki-2020.az