09 iyul 2020 13:22
769

"Sabah” növbəti transferini açıqladı

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Aleksey İsayevlə 3 illik müqavilə imzalayıb.

24 yaşlı futbolçu  karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.