21 oktyabr 2019 19:24
1089

Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq

Sabah Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq

Oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.