13 may 2019 14:17
180

SABAH teatrı beynəlxalq festivalda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIUSABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak ediblər.

“İki sahil” xəbər verir ki, dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər.

Tamaşalar böyük maraqla qarşılanıb.

Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıblar.