04 dekabr 2019 17:20
183

"Sabah" və "Zirə" 1/4 finalda

Bu gün  Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, son oyun gününə üç matç nəzərdə tutulub. Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri üz-üzə gəlir.

"Qaradağ Lökbatan"ı qəbul edən "Zirə" 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Zaur Həşimovun komanda 1/4 finalda "Səbail"lə qarşılaşacaq.

Günün digər oyunlarında "Sabah" "Ağsu"nu, "Sumqayıt" isə "Zaqatala"nı qəbul edəcək. 

Qeyd edək ki, ötən gün "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Keşlə" 1/4 finala yüksəlib və bu mərhələdə "Qarabağ"a rəqib olub.

4 dekabr (çərşənbə)

17:00. “Sumqayıt” – “Zaqatala” - 0:0 (Birinci hissə)
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
“Kapital Bank Arena”

14:00. “Zirə” – “Qaradağ Lökbatan” - 4:0 
Qol: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu” - 5:0 
Qol: Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)

3 dekabr
 
“Keşlə” – “Kəpəz” - 3:1