25 iyun 2020 16:23
1308

“Sabah”da yeni transfer

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. “İki sahil” klubun saytina istinadən xəbər verir ki, Bakı klubu müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin transferini rəsmiləşdirmişdi.