26 yanvar 2020 19:33
1082

Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılacaq.

Bu barədə Azvision.az -a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.