07 noyabr 2019 09:55
53

“Sabahın alimləri” respublika müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX respublika müsabiqəsinə elektron qeydiyyat prosesi davam edir. Bu günədək 78 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 21-dək  www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.