24 sentyabr 2020 20:05
880

Sabirabadda qüsurlu uşaqlar üçün ekskursiya təşkil edilib FOTO

YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurasının idarə heyəti Beynalxalq Lal-Karlar Günü ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzinə qüsurlu uşaqlar üçün ekskursiya təşkil etmişdir.

“İki sahil” xəbər verir ki, ekskursiya zamanı uşaqlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Mərkəzlə tanışlıqdan məmnun qalan uşaqlar orada olan müxtəlif fotolara maraqla baxıblar.